Azərbaycan Rusiya ilə ticarəti azaldıb

Azərbaycan Rusiya ilə ticarəti azaldıb.

Banker.az bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 31,2% azalaraq 2,109 milyard dollar təşkil edib.

Azərbaycanın Rusiyaya ixracı 3,9% artaraq 749,55 milyon dollara çatıb. Rusiyadan idxal isə 42% azalaraq 1,36 milyard dollara düşüb.

Hesabat dövründə Rusiyanın Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində payı 7,2% təşkil edib.

2026-cı ilin ilk yeddi ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 1,3% artaraq 29,216 milyard dollara çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər