Uşaq sayı azalır, özəl bağça bazarı böyüyür: müəssisələrin sayı 2,6 dəfə artıb

Azərbaycanda məktəbəqədər yaşlı uşaqların sayı ciddi şəkildə azalsa da, özəl bağçaların sayı sürətlə artır.

Banker.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamaya görə, 2016-cı ilin əvvəlində ölkədə 0–5 yaşlı uşaqların sayı təxminən 1 milyon 15,3 min nəfər idi. 2026-cı ilin əvvəlində isə bu göstərici 664,4 min nəfərə düşüb.

Bu, 10 ildə təxminən 351 min nəfər və ya 34,6% azalma deməkdir.

Buna baxmayaraq, qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 2016-cı ildə 66 olduğu halda, 2026-cı ildə 172-yə çatıb. Beləliklə, özəl bağçaların sayı 10 ildə 2,6 dəfə artıb.

Özəl məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların sayı da 2,4 mindən 8,7 min nəfərə yüksəlib.

Beləliklə, potensial müştəri yaş qrupunun azalmasına baxmayaraq, özəl məktəbəqədər təhsil bazarı genişlənməkdə davam edir. Uşaq sayının azalması fonunda müəssisələrin sayının artması isə gələcəkdə sektor daxilində rəqabəti daha da gücləndirə bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər