ABŞ Prezidenti Donald Tramp enerji sisteminə təhdidlər səbəbindən fövqəladə vəziyyətin elan edilməsi və enerji sistemində yerli istehsal olmayan bir sıra xarici texniki vasitələrin istifadəsinin məhdudlaşdırılması barədə qərar qəbul edib.
Bu barədə ABŞ KİV-də məlumat yayılıb.
Sərəncama əsasən, xaricdə istehsal olunan enerji şəbəkəsində zəifliklər yarada və kiberhücumlar zamanı istifadə oluna bilən bəzi elektrik avadanlıqlar və kritik əhəmiyyətli proqram təminatlarının istifadəsinə məhdudiyyətlər tətbiq olunub.
Söhbət, xüsusilə, yüksək gərginlikli transformatorlardan, günəş və akkumulyator sistemləri üçün invertorlardan, generatorlardan, rele mühafizəsi qurğularından və digər rəqəmsal komponentlərdən gedir.
Energetika Nazirliyinə artıq quraşdırılmış idxal avadanlıqlarının istifadəsi şərtlərini və sərəncaçın təsir dairəsinə düşən sövdələşmələrə xitam verilməsi qaydasını müəyyənləşdirmək tapşırılıb.
Bundan əvvəl Donald Tramp ABŞ-də elektrik enerjisi istehsalını iki dəfə artırmaq niyyətində olduğunu bildirmişdi.







