Azərbaycan 2026-cı ilin yanvar-iyul ayında 46.8 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın avqust sayında bildirilir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 1.7 milyon dollar və ya 3.5% azdır.
Ötən ilin eyni dövründə isə Azərbaycan 48.5 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.







