Dünyada milyarderlərin sayı rekord həddə – 3 795 nəfərə çatıb

2025-ci ilin yekunlarına görə, dünyada milyarderlərin sayı rekord səviyyəyə – 3 795 nəfərə yüksəlib. Bu barədə Altrata analitik şirkətinin hesabatında bildirilir.

Hesabata əsasən, bir il ərzində milyarderlər sırasına daha 287 nəfər qoşulub. Onların ümumi sərvəti rekord 15,1 trilyon dollara çatıb. Bu göstərici il ərzində 12,8% artıb.

Milyarderlərin sayına görə ilk üç yeri ABŞ, Çin və Almaniya tutub. 2025-ci ildə ABŞ-də 1 265 milyarder, Çində 363, Almaniyada isə 221 milyarder qeydə alınıb.

Altrata-nın hesablamalarına görə, bir milyarderin orta sərvəti təxminən 4 milyard dollar, median sərvəti isə 2 milyard dollara yaxındır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər