“Unibank”ın işçi heyətinin sayı cari ilin ikinci rübündə artıb.
Banker.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.
Birinci rübün sonunda 2 076 nəfər təşkil edən işçi sayı ikinci rübün yekununda 47 nəfər və ya 2.3% artaraq 2 123 nəfərə çatıb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.







