Azərbaycanda yaşlıların demoqrafik yükü 26 ildə təxminən iki dəfə artıb

Azərbaycanda 65 və yuxarı yaşlı əhalinin 15–64 yaşlılara nisbəti uzunmüddətli dövrdə sürətlə yüksəlib.

Banker.az-ın verdiyi melumata görə, 2000-ci ildə hər 1000 nəfər 15–64 yaşlı əhaliyə 83 nəfər 65 və yuxarı yaşlı düşürdü. 2026-cı ilin əvvəlində göstərici 152 nəfərə çatıb.

Beləliklə, göstərici 26 ildə 83% artıb.

Artım xüsusilə son illərdə sürətlənib. 2020-ci ildə hər 1000 nəfər 15–64 yaşlıya 104 yaşlı düşürdüsə, 2023-cü ildə bu göstərici 122, 2024-cü ildə 131, 2025-ci ildə 142, 2026-cı ildə isə 152 nəfərə yüksəlib.

Eyni zamanda 65+ yaşlıların mütləq sayı 2000-ci ildəki 419,5 min nəfərdən 2026-cı ildə 1 milyon 86,4 min nəfərə çatıb.

Bu dinamika gələcəkdə pensiya sistemi, səhiyyə və sosial xidmətlərin maliyyələşdirilməsində yaşlı əhalinin çəkisinin daha vacib amilə çevriləcəyini göstərir.

Burada göstəricini “hər 1000 işləyənə 152 pensiyaçı” kimi təqdim etmək düzgün deyil. Statistika bütün 15–64 yaşlı əhalini və bütün 65+ yaşlıları müqayisə edir; məşğulluq və pensiya statusunu ayrıca ölçmür.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər