Kartla nağdsız ödənişlərin 87%-i elektron ticarətin payına düşüb

Azərbaycanda elektron ticarət kartla nağdsız ödənişlərin əsas kanalına çevrilib.

Banker.az xəbər verir ki, təkcə 2026-cı ilin iyul ayında ölkə daxilində kartlarla 9 milyard 712 milyon manatlıq nağdsız ödəniş həyata keçirilib.

Bu məbləğin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşüb.

Beləliklə, elektron ticarətin ölkədaxili nağdsız kart ödənişlərində payı təxminən 87,1% təşkil edib.

POS-terminallar vasitəsilə 1 milyard 255 milyon manatlıq nağdsız ödəniş aparılıb.

İlin əvvəlindən nağdsız əməliyyatların ümumi ölkədaxili kart əməliyyatlarında payı 69,8%-ə çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər