Azərbaycanda bank müştərilərinə məxsus hesabların sayı 60 milyon həddini keçib.
Banker.az-ın məlumatına görə, iyulun sonunda ölkədə bank müştərilərinin ümumi sayı 16 milyon 767,9 min nəfər təşkil edib.
Onların 16 milyon 592,9 min nəfəri fiziki şəxslərdir.
Müştərilərə məxsus bank hesablarının sayı isə 60 milyon 500,6 minə çatıb.
Ötən ilin iyulunda bank hesablarının sayı 51 milyon 71,7 min idi. Beləliklə, bir il ərzində hesabların sayı təxminən 9,43 milyon və ya 18,5% artıb.
Bank müştərilərinin sayı isə eyni dövrdə təxminən 6,3% çoxalıb.







