Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb

Ukraynanın Ankaradakı səfiri Nəriman Calal Qara dənizdə vurulan Türkiyə gəmisinə və digər qoşqu gəmiyə hücumla bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edilib ki, avqustun 26-da Türkiyə şirkətinə məxsus gəmi Qara dənizdə Tuapse sahillərində vurulub. Avqustun 27-də həmin gəmiyə yardım üçün göndərilən digər gəmi də hədəfə alınıb.

“Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı etirazı Ukrayna tərəfinə çatdırılıb və Qara dənizdə can və mal təhlükəsizliyinin, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu ilə bağlı lazımi xəbərdarlıqlar edilib”, – deyə Türkiyə XİN-dəki mənbə qeyd edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər