Azərbaycanda elektrik stansiyalarının ümumi istehsal gücü 2025-ci ildə kəskin artıb.
Banker.az-ın məlumatına görə, ilin sonuna ölkədə elektrik stansiyalarının ümumi gücü 8 567 meqavata çatıb. 2024-cü ilin sonunda bu göstərici 7 115,1 meqavat idi.
Beləliklə, elektrik enerjisi istehsal gücü bir il ərzində 1 451,9 meqavat və ya 20,4% artıb.
Ümumi gücün 6 857 meqavatı yanacaqla işləyən elektrik və istilik elektrik stansiyalarının, 1 118,6 meqavatı su elektrik stansiyalarının payına düşüb.
Külək elektrik stansiyalarının ümumi gücü 303,8 meqavata çatıb. 2024-cü ildə bu göstərici cəmi 64 meqavat idi. Beləliklə, külək enerjisi üzrə quraşdırılmış güc bir ildə təxminən 4,7 dəfə artıb.
Günəş elektrik stansiyalarının gücü isə 255,6 meqavat təşkil edib.







