Mərkəzi Bank iki xarici sığorta brokerinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı daha 2 xarici şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.

Banker.az xəbər verir ki, bunlar, Qazaxıstana məxsus “Verny Insurance Broker” və Birləşmiş Ərəb Əmirliklərinə məxsus “SHIELDS Reinsurance Brokers Limited”dir. Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 103-ə çatıb.

Bundan əvvəl bu ilin iyul ayında Böyük Britaniyaya məxsus “Ardonagh Specialty Limited”, Latviyaya məxsus “Marine Underwriting Services SlA”, eləcə də “CIB Georgia Insurance Broker LLC” sığorta brokerləri şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər