Putin müharibəni daha da genişləndirməyi planlaşdırır — “The Economist”

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni daha da gücləndirmək qərarına gəlib.

Banker.az xəbər verir ki, “The Economist”in Kremlinə yaxın mənbələrə istinadən yazdığına görə, bir neçə həftəlik müzakirələrdən sonra Putin geri çəkilmək əvəzinə münaqişənin miqyasını genişləndirməyə meyllənib.

Nəşrin məlumatına görə, mümkün addımlar arasında Ukraynaya yeni kütləvi zərbələrin endirilməsi, Avropa ölkələrinə qarşı diversiya və hibrid müharibənin gücləndirilməsi, eləcə də cəbhəyə əlavə 300–400 min nəfərin cəlb edilməsi yer alır.

“The Economist” qeyd edir ki, Rusiya ordusu böyük itkilərlə üzləşir, iqtisadiyyat təzyiq altındadır, Ukraynanın pilotsuz uçuş aparatları isə Rusiya infrastrukturuna getdikcə daha çox zərbə endirir. Buna baxmayaraq, Putin müharibədən geri çəkilməyə hazır görünmür.

Kremlə yaxın mənbələrin fikrincə, Putinin mövqeyində şəxsi amil də rol oynayır. Rusiya lideri Donbası ələ keçirmədən müharibənin başa çatmasını məğlubiyyət kimi qiymətləndirir və bunun hakimiyyətinə təhlükə yarada biləcəyindən ehtiyat edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər