“CPM-Invest İnvestisiya Şirkəti” ASC 2026-cı ilin ilk yarısında səhmlər üzrə 1 milyon 110 min 517,82 manat dividend ödəyib.
Banker.azın məlumatına görə, şirkətin səhmdarı bir nəfərdir. “CPM-Invest”in bütün səhmləri Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.
O, hər birinin nominal dəyəri 1 000 manat olan 800 adi adlı sənədsiz səhmin sahibidir. Bununla da şirkətdəki payı 100% təşkil edir.
Şirkətin nizamnamə kapitalı 800 min manatdır.
2026-cı ilin yanvar və aprel aylarında keçirilmiş ümumi yığıncaqlarda 2025-ci ildə əldə edilmiş xalis mənfəətin bir hissəsinin dividend şəklində bölüşdürülməsi barədə qərarlar qəbul edilib.







