2026-cı ilin avqust ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 023 nəfər təşkil edib.
Banker.az Dövlət Sosial Müdafiə Fondunun məlumatına istinadla xəbər verir ki,, onların 116 068 nəfəri yaşa, 12 894 nəfəri əlilliyə, 23 061 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.
2025-ci ilin avqustunda isə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 990 nəfər olub. Həmin dövrdə 112 798 nəfər yaşa, 14 217 nəfər əlilliyə, 21 975 nəfər isə ailə başçısını itirməyə görə pensiya alıb.
Beləliklə, bir il ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 3 033 nəfər və ya 2% artıb.
Artım əsasən yaşa və ailə başçısını itirməyə görə pensiya alanların sayının çoxalması hesabına baş verib. Yaşa görə pensiya alanların sayı illik müqayisədə 3 270 nəfər və ya 2,9%, ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 1 086 nəfər və ya 4,9% artıb.
Əlilliyə görə pensiya alanların sayı isə əksinə, 1 323 nəfər və ya 9,3% azalaraq 12 894 nəfərə düşüb.
Xüsusi şərtlərlə əmək pensiyası” ümumi pensiya qaydalarından fərqli olaraq, qanunvericiliklə müəyyən edilmiş xüsusi şərtlər əsasında təyin olunan pensiyaları əhatə edir. Bu kateqoriyaya, əsasən, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər müəyyən edilmiş peşə və vəzifələr üzrə çalışan şəxslər daxildir.







