NVIDIA Hugging Face-i 12,9 milyard dollara alır

NVIDIA süni intellekt sahəsində fəaliyyət göstərən Hugging Face startapını 12,9 milyard dollara almaq barədə razılığa gəlib. Bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytında dərc olunan məlumatında bildirilir.

Sövdələşməyə Hugging Face səhmdarlarına müəyyən düzəlişlər nəzərə alınmaqla ödəniləcək təxminən 11,9 milyard dollarlıq alış məbləği, həmçinin NVIDIA-ya keçəcək Hugging Face əməkdaşlarının şirkətdə saxlanılması üçün təxminən 1 milyard dollaradək nəzərdə tutulan proqram daxildir.

Sövdələşmənin zəruri tənzimləyici icazələrin alınması da daxil olmaqla standart bağlanış şərtlərinin yerinə yetirilməsi və ya onlardan imtina olunması şərtilə 2027-ci ilin birinci yarısında tamamlanacağı gözlənilir.

NVIDIA hesab edir ki, satınalma Hugging Face-ə əlavə resurslar qazandıracaq və açıq modellər və tətbiqlər yaradan, paylaşan və istifadəyə verən tərtibatçılara dəstəyi gücləndirəcək.

NVIDIA, digər öhdəliklərlə yanaşı, Hugging Face-in mövcud praktikasına uyğun olaraq platformanın açıq qalacağını vəd edib. Bu öhdəlik çərçivəsində Hugging Face model yaradıcılarına, tərtibatçılara və istifadəçilərə öz seçimlərinə uyğun modelləri və məlumat dəstlərini platformaya yükləməyə və oradan endirməyə imkan verməyə davam edəcək. Platforma həmçinin digər çip istehsalçılarını dəstəkləməyi davam etdirəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər