BFB-də maliyyə alətləri üzrə dövriyyə 35% azalıb

“Bakı Fond Birjası” QSC-də bu ilin ilk 8 ayında maliyyə alətləri ilə aparılan əməliyyatların ümumi həcmi 28 milyard 429,052 milyon manat təşkil edib. Banker.az xəbər verir ki, birjanın dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% geriləyib.

Əqdlərin sayında isə əks istiqamətdə dəyişiklik qeydə alınıb. Yanvar-avqust aylarında BFB-də 45 252 əqd bağlanıb ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.

Ümumi dövriyyənin 85,7%-ni repo əməliyyatları formalaşdırıb. Bu əməliyyatların həcmi illik müqayisədə 34,8% azalaraq 24 milyard 352,071 milyon manat olub.

Qiymətli kağızlar seqmentində də azalma müşahidə edilib. Dövlət qiymətli kağızları üzrə əməliyyatların həcmi 37,5% azalaraq 2 milyard 945,462 milyon manata, korporativ qiymətli kağızlarla bağlı əməliyyatların həcmi isə 27% azalaraq 1 milyard 131,520 milyon manata düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər