Azərbaycanda balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə balıq növləri üzrə məhsul subsidiyası tətbiq ediləcək.

Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyası 2000 manat/ton, çəkikimilər və naxakimilər üzrə isə 600 manat/ton təşkil edəcək. Subsidiya EKTİS-də qeydiyyatdan keçmiş təsərrüfatların məhsulu tədarükçülərə rəsmi satış sənədləri ilə təhvil verildiyi halda ödəniləcək.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər