Azərbaycan “Qarabağ” və “Dilbaz” atlarının saxlanmasına subsidiya verəcək

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

Banker.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

2 yaşa qədər dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1 000 manat/baş illik subsidiya veriləcək. Heyvanların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.

1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1500 manat/baş, ətlik cinslər üzrə isə 1000 manat/baş heyvan subsidiyası veriləcək.

Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş/il, mələz sağmal heyvanlara isə 200 manat/baş/il heyvan subsidiyası tətbiq olunacaq. Təsərrüfatlarda heyvan subsidiyasından yararlanmaq üçün minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvan tələbi müəyyən edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər