Azərbaycanda butik şərabçılığa hektara 20 min manat subsidiya veriləcək – dəstək 400 min manata çata bilər

Azərbaycanda butik şərabçılığın inkişafı üçün yeni subsidiya mexanizmi tətbiq ediləcək.

Banker.az-ın məlumatına əsasən, yeni model yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixrac yönümlü kiçik şərab brendlərinin yaradılmasını təşviq etməyi nəzərdə tutur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, sahəsi 5-20 hektar olan super-intensiv üzüm bağlarının salınmasına hər hektara görə 20 min manat subsidiya veriləcək. İntensiv üzüm bağları üzrə subsidiya isə hektara 10 min manat təşkil edəcək.

Bu məbləğlərə əsasən, 5 hektarlıq super-intensiv üzüm bağı üçün dövlət dəstəyi 100 min manat, 10 hektar üçün 200 min manat, maksimum 20 hektarlıq təsərrüfat üçün isə 400 min manat təşkil edə bilər.

İntensiv üzüm bağlarında isə subsidiya məbləği təsərrüfatın ölçüsündən asılı olaraq 50 min manatdan 200 min manatadək dəyişə bilər.

Dövlət proqramında 2030-cu ilədək Azərbaycanda 20 yeni butik şərab evinin yaradılması hədəflənir.

Bununla yanaşı, kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün alınan avadanlıqlara tətbiq olunan güzəştin 60 faiz olması nəzərdə tutulur.

Beləliklə, yeni mexanizm yalnız üzüm bağının salınmasını deyil, sonrakı emal mərhələsini də əhatə edir. Bu isə subsidiya proqramını sadəcə kənd təsərrüfatı dəstəyi deyil, kiçik şərab istehsalı bizneslərinin yaradılması üçün investisiya təşviqi mexanizminə çevirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər