Fermerlər dövlət subsidiyasının 30 faizini məhsulu yetişdirməmiş ala biləcəklər

Azərbaycanda fermerlər üçün subsidiya ödənişlərinin yeni mexanizmi tətbiq olunacaq. Müəyyən meyarlara cavab verən təsərrüfatlar əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər.

Banker.az-ın məlumatına görə, yeni mexanizm 5 hektardan 100 hektaradək əkin sahəsi olan, müəyyən ediləcək yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.

İndiyədək subsidiyanın əsas funksiyası fermerin çəkdiyi xərclərin bir hissəsini kompensasiya etmək idisə, avans mexanizmi dəstəyi müəyyən qədər dövriyyə kapitalı mənbəyinə çevirir.

Məsələn, fermerin hesablanmış əkin subsidiyası 20 min manatdırsa, yeni mexanizm çərçivəsində bunun 6 min manatını əkin dövrünün əvvəlində əldə etmək mümkün olacaq.

50 min manat subsidiya hüququ olan təsərrüfat isə 15 min manatı əvvəlcədən ala bilər.

Bu vəsait toxum, gübrə, yanacaq və digər mövsümi xərclərin maliyyələşdirilməsinə istifadə oluna bilər və fermerlərin qısamüddətli maliyyələşmə ehtiyacını müəyyən qədər azalda bilər.

Avans üçün müraciət edən fermerlərin sahələri EKTİS-də bəyan edilməli olacaq. Əkin sahələrinin hazırlıq vəziyyətinin yoxlanılmasında rəqəmsal və süni intellekt həllərindən istifadə olunması nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər