78 milyon manat kapitallı “Mərcan” markasının istehsalçısına başqa şirkət qoşuldu

“APC Nova Company” MMC fəaliyyətinə xitam verib.

Banker.az xəbər verir ki, “APC Nova Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətinə xitam verərək digər şirkətə qoşulub.

Banker.az xəbər verir ki, “APC Nova Company” MMC “Azerbaijan Poultry Company” MMC-yə qoşulub.

Qoşulma nəticəsində “Azerbaijan Poultry Company” MMC yenidən təşkil olunub.

Qeyd edək ki, “APC” MMC 2012-ci ildə təsis edilib və “Mərcan” markası altında yüksəkkeyfiyyətli toyuq ətinin istehsalı ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 78 033 687 manatdır və qanuni təmsilçisi Kənan Məmmədlidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər