İranla müharibə amerikalılara 100 milyard dollara başa gəlib

İranla müharibə amerikalılara 100 milyard dollara başa gəlib.

İranla müharibənin başlamasından – fevralın 28-dən etibarən – ABŞ-də benzin və dizel yanacağının qiymətinin artması istehlakçılara təxminən 100 milyard dollara başa gəlib.

Braun Universitetinin hesablamalarına əsasən hər bir Amerika ailəsi orta hesabla 760 dollardan çox əlavə xərc çəkib. Ümumi məbləğ isə artmaqda davam edir və təxminən hər iki dəqiqədə 1 milyon dollar yüksəlir.

Ən çox əlavə xərc Texas sakinlərinin üzərinə düşüb. Ştatda bu göstərici təxminən 11 milyard dollar təşkil edib. Kaliforniyada əlavə xərclər 8 milyard, Floridada isə 5 milyard dollar olub.

Yanacağın qiymətinin artması fonunda ABŞ-da Əmək Gününə qədər benzinin orta qiyməti bir qallon üçün rekord həddə – 4,14 dollara, dizel yanacağının qiyməti isə 5,85 dollara çatıb.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər