Yeni tikilən binalara yeni tələb

Gələn il yanvarın 1-dən binaların enerji effektivliyi ilə bağlı pasportlaşdırılmasına başlanılacaq.

Yeni qaydalar qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının pasportlaşdırılması məcburi olacaq.

Mövcud binalara isə yalnız yenidənqurma və ya əsaslı təmir aparıldığı halda bu tələb şamil ediləcək. Qanunvericilikdə müəyyənləşdirilən digər binalar üçün pasport könüllü qaydada əldə edilə biləcək. Məsələ Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda təşkil olunan dəyirmi masada müzakirə edilib. Bildirilib ki, pasportlaşdırma prosesinin tam elektronlaşdırılması nəzərdə tutulur.

Enerji effektivliyi pasportu binanın adi texniki pasportu deyil. Sənəddə binanın enerji sərfi və karbon qazı emissiyası üzrə sinfi, eləcə də isitmə, soyutma, havalandırma, işıqlandırma və isti su təchizatına sərf ediləcək enerji göstəriləcək.

Yeni sistem tikintiyə icazə prosesinə də inteqrasiya ediləcək. Binanın enerji effektivliyi pasportunun tikintiyə icazə verilərkən tələb olunan sənədlərin siyahısına daxil edilməsi nəzərdə tutulur. Bununla binanın enerji sərfiyyatı və mümkün itkiləri tikinti başa çatdıqdan sonra deyil, layihənin hazırlanması zamanı nəzərə alınacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər