BƏƏ ticarət üçün alternativ marşrutlar yaradır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji ixracının və ticarətin İranla müharibə fonunda yaranan vəziyyətin “girov”una çevrilməməsi üçün alternativ marşrutlar yaratmağa çalışır.

Bunu BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş Əbu-Dabidə keçirilən “Hili” forumunda çıxışı zamanı deyib.

“Enerji ixracımız, eləcə də ticarətimiz və iqtisadi fəaliyyətimiz girov vəziyyətində qalmayacaq”, – deyə o vurğulayıb.

Müşavirin sözlərinə görə, BƏƏ iqtisadiyyatda zəif tərəflərini müəyyənləşdirir, infrastrukturun və iqtisadiyyatın dayanıqlığını artırır. O qeyd edib ki, bu istiqamətdə işlər daha əvvəl də aparılıb, lakin Hörmüz böhranı həmin tədbirlərin həyata keçirilməsini sürətləndirib. Bu baxımdan, BƏƏ şərq sahillərində yerləşən limanlarının imkanlarını genişləndirir, həmçinin alternativ dəhlizlərin yaradılması üçün boru kəmərləri, dəmir yolları və ticarət marşrutlarının inkişaf etdirilməsi istiqamətində iş aparır.

Ənvər Qarqaş İranla münasibətlərin bərpasının mümkün olduğunu, lakin hücumlardan sonra qonşu ölkələrin etimadının yenidən qazanılmasının onilliklər çəkə biləcəyini vurğulayıb.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər