1 C
Baku
Saturday, December 14, 2024

​Azərbaycanda 3-ulduzlu hotelin inşasına güzəştli kredit veriləcək

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xızı rayonunda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə Reporta Nazirlikdən məlumat verilib.

Məlumata görə, Fond ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat istehsalı müəssisəsinin və 3-ulduzlu hotelin yaradılması ilə bağlı layihələri maliyyələşdirəcək.

Qeyd olunur ki, sahibkarlar artıq bu gündən etibarən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər