Gəncə Şəhər İcra Hakimiyyəti şəhər ərazisindəki yolların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi açıq tender müsabiqəsinə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin nəticələrinə əsasən, “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti qalib seçilib.
İcra Hakimiyyəti ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi dəyəri 1 934 978 manat təşkil edir.







