BYD Çindəki “qiymət müharibəsi” fonunda xarici satışlarını artırır

Çinin elektrik avtomobili istehsalçısı BYD xarici bazarlarda satışlarını kəskin artırmağı planlaşdırır. Şirkət 2027-ci ildə xaricdə 2,5 milyondan çox avtomobil satmağı, 2026-cı il üzrə xarici satış proqnozunu isə əvvəlki 1,5 milyondan 1,9–2 milyon avtomobilə yüksəltməyi hədəfləyir.

Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

BYD-nin xarici bazarlara yönəlməsi Çində avtomobil sektorunda davam edən sərt qiymət rəqabəti fonunda sürətlənir. Şirkətin avqustda xarici satışları illik müqayisədə 134%-dən çox artaraq 189,5 min avtomobilə çatıb və ümumi satışların 43%-ni təşkil edib. İlk səkkiz ayda xarici satışlar 85,7% artaraq 1,16 milyon avtomobilə yüksəlib.

BYD-nin ilk yarımildə xarici bazarlardan əldə etdiyi gəlir ilk dəfə Çindəki satışlardan əldə olunan gəliri üstələyib. Şirkət xaricdə istehsal imkanlarını da genişləndirir. Belə ki, İndoneziyadakı zavodda istehsal başlayıb, Braziliyadakı müəssisənin illik gücü 300 min avtomobilə çatdırılır, Macarıstandakı zavodun isə noyabr-dekabr aylarında fəaliyyətə başlaması gözlənilir.

Şirkətin xaricə yönəlməsi Çinin avtomobil bazarında tələbin zəifləməsi ilə eyni vaxta təsadüf edir. Avqustda ölkənin minik avtomobillərinin daxili satışları illik müqayisədə 23,7% azalaraq 1,55 milyon ədədə düşüb. Eyni dövrdə ixrac 77,5% artaraq 894 min avtomobilə çatıb.1x 1 1

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər