PISA həyəcan təbili çalır — Yeni dövrün şagirdləri zəifləyir [The Economist yazır]

Beynəlxalq PISA* testlərinin yeni nəticələrinə görə, pandemiya dövründə kəskin pisləşən məktəblilərin akademik göstəriciləri əvvəlki səviyyələrə qayıtmayıb. Banker.az bunu “The Economist” jurnalına istinadən xəbər verir.

Araşdırmada iştirak edən bütün mərhələlər üzrə 23 OECD ölkəsində şagirdlərin riyaziyyat və oxu üzrə nəticələri 2012-ci ildəki pik səviyyədən etibarən aşağı düşməkdə davam edir. Eyni zamanda, ən güclü və ən zəif şagirdlər arasındakı fərq rekord həddə çatıb.

Riyaziyyat, oxu və təbiət elmlərinin hər üçü üzrə aşağı nəticə göstərən 15 yaşlı şagirdlərin payı 16%-dən 20%-ə yüksəlib.

Nəticələrin pisləşməsinin mümkün səbəbləri arasında pandemiyanın təhsil prosesinə təsirləri, dərsdən yayınmaların artması, smartfon və sosial şəbəkələrdən istifadə, intizamın zəifləməsi və yoxlanılmamış təhsil texnologiyalarından həddindən artıq istifadə göstərilir.

Bununla belə, Böyük Britaniya mövqeyini yaxşılaşdırıb. Ölkənin nəticələrində daha ciddi imtahanlar, bilik yönümlü tədris proqramları və intizama daha çox diqqət yetirilməsi amilləri önə çıxır.

Agentlik yazır ki, Asiya ölkələri isə qlobal reytinqdə liderliyini qoruyur. Sinqapur, Çin, Makao, Tayvan və Yaponiya PISA nəticələrində ən yüksək göstəricilərə malik ölkələr arasında yer alır.

*PISA — OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını ölçən beynəlxalq qiymətləndirmə proqramıdır.2 3 1 3

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər