Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi anbar xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi açıq tender müsabiqəsinə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin nəticələrinə əsasən, “Abşeron Express” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.
Agentlik ilə qalib şirkət arasında bağlanan rəsmi müqavilənin ümumi dəyəri 2 739 599 manat təşkil edir.







