-3 C
Baku
Sunday, December 15, 2024

​Rüfət Aslanlı Beynəlxalq Bankın bu il özəlləşdirilməsi ilə bağlı açıqlama verdi

“Bu il özəlləşdirmə real deyil”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq.

Report xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktor Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hökumət ABB-nin problemlərinin əksər hissəsini həll edib, amma onun özəlləşdirilməsi vaxt tələb edir: “Bu il özəlləşdirmə real deyil”.

ABB-nin özəlləşdirilməsi məqsədi ilə onun problemli aktivləri “Aqrarkredit” – bank olmayan kredit təşkilatı (BOKT) QSC-yə ötürülüb. Bundan sonra BOKT ABB-nin səhmlərinin 27,26%-nə sahib olub.

Son xəbərlər
Digər xəbərlər