Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Qərara əsasən, ölkəyə idxal ediləm şərab üçün idxal gömrük rüsumu 31 dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək.
Hazırda ölkəyə idxal edilən şərabların 1 litri üçün 1,4 ABŞ dolları alınır.
Spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar üçün də dekabr 2030-cu il tarixinədək 15%, lakin 1 litrinə 3,0 ABŞ dollarından az olmamaqla tətbiq ediləcək. Hazırda ölkəyə idxal edilən spirtin faktiki qatılığı 18 həcm % və ya daha az olan şərablar 1 litri üçün 1 ABŞ dolları alınır.
Bu Qərar dərc edildiyi gündən 90 (doxsan) gün sonra qüvvəyə minir.







