Azərbaycanda bu şəxslərin fəaliyyətinə nəzarət gücləndiriləcək

Diyetologiya və nutrisiologiya sahəsində çalışan mütəxəssislərin fəaliyyətinə nəzarət gücləndiriləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, diyetologiya və nutrisiologiya ixtisası üzrə çalışan mütəxəssislərin qeydiyyatının aparılması mexanizminin formalaşdırılmasına dair normativ hüquqi baza hazırlanacaq. Bundan başqa mütəxəssislər fəaliyyətlərinin təkmilləşdirilməsi üçün təlimlərə cəlb ediləcəklər.

2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Digər içraçı qurumlar, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və TƏBİB-dir.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər