Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi “Qoldenpey” MMC-nin (“GoldenPay”) Kommersiya üzrə baş direktoru Səbinə Əmiraslan vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, Səbinə Əmiraslan 2023-cü ilin dekabrından “GoldenPay”də Kommersiya üzrə baş direktor vəzifəsində çalışıb.
O, 2026-cı ilin avqustundan “Maverick” şirkətinin Baş İcraçı Direktoru (CEO) vəzifəsində fəaliyyət göstərir.
Xatırladaq ki, Azərbaycanın ilk fintex şirkəti olan Goldenpay 2007-ci ilin iyul ayında fəaliyyətə başlayıb. 17 iyul 2024-cü il tarixində AR Mərkəzi Bankı tərəfindən Goldenpay-ə Elektron Pul Təşkilatı lisenziyası verilib. 26 mart 2025-ci il tarixində isə şirkət “Azerconnect Group”un tərkibinə daxil olub. Goldenpay şirkəti 13 fevral 2026-cı il tarixində təşkilati-hüquqi formasını Açıq Səhmdar Cəmiyyətindən (ASC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) dəyişdirmişdir.







