Bərgüşadçay su anbarı üçün 108 milyon manatdan çox pul ayrılır

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Bərgüşadçay layihəsi üzrə 108,6 milyon manatlıq tender elan edib.

Banker.az xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Bərgüşadçay su anbarının tikintisi (II mərhələ) çərçivəsində iri həcmli tender müsabiqəsi elan edib.

Müsabiqə təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisi (3-cü hissə) işlərini əhatə edir. Layihə üzrə infrastrukturun qurulması, üzlənməsi və asfaltlanması işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Açıq tender üzrə ehtimal olunan qiymət 108 633 757 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər