Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb

Bakı və Ankara arasında Azərbaycan-Türkiyə V Enerji Forumuna dair protokol imzalanıb.

Sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar.

Bu gün Bakıda Azərbaycan-Türkiyə V Enerji Forumu keçirilib. Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakıda, II Forum 2022-ci il oktyabrın 5-6-da İstanbulda, III Forum 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda, IV Forum isə 2025-ci il sentyabrın 4-də İzmirdə keçirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər