Azərbaycanda rəqabət üzrə tədqiqat mərkəzi yaradılacaq

Azərbaycanda rəqabət sahəsində elmi tədqiqatların təşkili və onların nəticələrinin tətbiqi məqsədilə tədqiqat mərkəzi yaradılacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Sənədə əsasən, tədbir 2028–2029-cu illərdə həyata keçiriləcək. Məqsəd rəqabət sahəsində elmi tədqiqat fəaliyyətinin stimullaşdırılması və bu tədqiqatların nəticələrinin praktik tətbiqi imkanlarının genişləndirilməsidir.

İlk mərhələdə rəqabət sahəsində elmi tədqiqatların təşkili və nəticələrinin tətbiqi üzrə beynəlxalq təcrübə və mövcud ehtiyaclar öyrəniləcək.

Daha sonra yaradılması nəzərdə tutulan tədqiqat mərkəzinin təşkilati modeli və fəaliyyət istiqamətləri müəyyən ediləcək, mərkəzin yaradılması ilə bağlı layihə hazırlanacaq.

Planın yekun nəticəsi kimi tədqiqat mərkəzinin təsis edilməsi və fəaliyyətə başlaması nəzərdə tutulur.

Tədbirin əsas icraçısı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, digər icraçılar isə Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumları olacaq.

Milli Fəaliyyət Planında rəqabət siyasəti üzrə qərarların elmi tədqiqatlara, iqtisadi təhlillərə və məlumatlara əsaslanmasının gücləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilib. Sənəddə rəqabət sahəsində elmi-analitik potensialın inkişaf etdirilməsi ayrıca prioritet istiqamət kimi göstərilir

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər