Dövlət şirkətlərinin bazardakı rəqabət prinsiplərinə uyğunluğu qiymətləndiriləcək

Azərbaycanda dövlət müəssisələrinin bazarda rəqabət prinsiplərinə nə dərəcədə əməl etdiyi qiymətləndiriləcək.

Bu, “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Sənədə əsasən, dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi təhlil ediləcək və bu istiqamətdə təkmilləşdirmə təklifləri hazırlanacaq. Məqsəd dövlət və özəl sektor iştirakçıları üçün bazarda daha bərabər fəaliyyət şərtlərinin formalaşdırılmasıdır.

Qeyd edək ki, bu tədbir nəzarət zərfi dövlətə məxsus banklara şamil edilməyəcək.

Tədbirin 2027–2028-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur. Nəticədə dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın təşviqi üzrə əsaslandırılmış təkliflər hazırlanacaq.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər