Dünyanın ən baha “iPhone”u Türkiyədə satılacaq

Apple-ın ilk qatlanan smartfonu “iPhone Duo”nun Türkiyədə dünyanın ən yüksək qiymətinə satılacağı bildirilir. Modelin 256 GB yaddaşa malik baza versiyasının qiyməti ABŞ-dakından 2,3 dəfə baha olacaq.

Türkiyə mediasının məlumatına görə, “iPhone Duo”nun 256 GB-lıq versiyası bu ölkədə 229 999 lirəyə – təxminən 4,7 min dollara təklif ediləcək. Bu məbləğ Azərbaycan valyutası ilə təxminən 8 min manat edir.

Müqayisə üçün, cihazın ABŞ-də rəsmi başlanğıc qiyməti 1999 dollar, yaxud mövcud məzənnə ilə təxminən 3400 manatdır. Apple yeni modelin oktyabrın 23-dən satışa çıxarılacağını açıqlayıb.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər