Azərbaycanda “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsində Çin şirkətləri iştirak edir

Çin şirkətləri Azərbaycanda “Ağıllı şəhər” layihələrinin həyata keçirilməsində və rəqəmsal transformasiya prosesində iştirak edirlər.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey deyib.

Lu Mey qeyd edib ki, Çin şirkətləri Zəngilanda və Azərbaycanın digər rayonlarında “ağıllı kənd” yaradılması üzrə layihələri həyata keçirir, həmçinin ölkənin rəqəmsal infrastrukturunun inkişafında iştirak edirlər.

Səfir süni intellekti iki ölkə arasında əməkdaşlığın digər perspektivli istiqaməti kimi qiymətləndirib. Onun sözlərinə görə, Çin süni intellektin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə və bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyə hazırdır.

Lu Mey, həmçinin rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər