Azərbaycan şirkətləri Gürcüstanda böyük xarici investorlar arasında yer alıb

Bu ilin ikinci rübündə Azərbaycan şirkətləri Gürcüstanda böyük həcmdə birbaşa xarici investisiya yatıranların siyahısında yer alıb.

Ölkənin Milli Statistika Xidmətinin (“Geostat”) ilkin məlumatlarına əsasən, aprel-iyunda ölkəyə 468,8 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Bu, 2025-ci ilin eyni dövrünün yenilənmiş göstəricisindən 23,2 % azdır.

Böyük xarici birbaşa investisiya yatıran şirkətlərin siyahısında Azərbaycan şirkətlərindən “PASHA Development Georgia” MMC və “SOCAR Midstream Gas Operations” MMC-nin Gürcüstan filialı da yer alıb.

Beləliklə, Azərbaycan kapitalının Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrində iştirakı 2026-cı ilin ikinci rübündə də davam edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər