Pakistan Ermənistana ilk səfirini təyin edib

Pakistan Ermənistanla diplomatik münasibətlər qurduqdan bir il sonra həmin ölkəyə ilk səfirini təyin edib.

Pakistanın İrəvandakı ilk səfiri Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

Məlumata görə, tərəflər görüş zamanı qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Xatırladaq ki, Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat Mirzoyanla Məhəmməd İshaq Dar 2025-ci il avqustun 31-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd imzalayıblar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər