Astara bağlarında kivi yığımına başlanılıb: Məhsul bol, qiymət baha

Astara bağlarında kivi yığımına başlanılıb, bu il məhsulun satış qiyməti ötən illə müqayisədə yüksəlib.

Əsasən rayonun Təngərüd, Maşxan, Ərçivan, Şahağacı və Şiyəkəran kəndlərində, eləcə də Astara şəhəri ərazisində salınan kivi bağlarında bol məhsul yetişib. Fermerlərin sözlərinə görə, ötən il ilk yığım zamanı kivi 1,70-1,75 manata təklif olunurdusa, bu il məhsulun kiloqramı 1,90-2,20 manata satılır.

Məhsul zədələnməməsi üçün əlnən dərilir. Dərilən kivi qablara yığılaraq, çeşidləmə üçün məntəqələrə təhvil verilir. Artıq yığılan məhsulun bir hissəsi daxili və xarici bazara göndərilib.

Astara rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il rayon ərazisindən 3000 ton məhsul götürülməsi gözlənilir. Əkilən məhsul isə hayvard və şahla sortudur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər