“Yelo Bank” ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb.
Banker.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.
2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankda 1 319 nəfər çalışdığı halda, iyunun 30-na bu göstərici 1 308 nəfərə enib.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə bankın komandası genişlənib. 2025-ci ilin iyunun 30-da bankda 1 258 nəfər çalışırdısa, 2026-cı ilin iyunun 30-na bu rəqəm 1 308-ə çatıb ki, bu da illik müqayisədə işçi sayının 50 nəfər və ya 4 faiz artması deməkdir.







