Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi “İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində tibb vasitələri”nin satın alınması məqsədilə açıq tender müsabiqəsi keçirir.
Banker.az xəbər verir ki, dövlət satınalmaları portalında yer alan məlumata əsasən, elan edilən tenderin ehtimal olunan qiyməti 2 404 479 manat təşkil edir.
Satınalma çərçivəsində nadir xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi üçün tələb olunan bandajlar, xüsusi sarğılar və müvafiq tibbi materialların təmin edilməsi nəzərdə tutulub.







