Maliyyə nazirinə yeni müşavir təyin edilib

Rəşad Həsənov maliyyə nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bu barədə Rəşad Həsənov özü məlumat verib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.

“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, – R.Həsənov qeyd edib.

 

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər