Bakı metrosunda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək – Sabahdan

Texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində Bakı Metropolitenində qatarlararası intervallar minimuma endirilir.

Banker.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda qatarlar 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətdə zərurət yarandıqda qatarlararası interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xəttdə isə payız-qış qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər