“Atəşgah Həyat”da iki kadr dəyişikliyi olub

“Atəşgah Həyat Sığorta Şirkəti” ASC-də iki kadr dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, şirkətin Korporativ idarəetmə və hüquqi təminat üzrə direktoru Ələkbər Sabir oğlu Ələkbərov vəzifəsindən ayrılıb.

Bununla yanaşı, Arzu Kərəm qızı Abdullayeva “Atəşgah Həyat”ın İstedadların idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.

Beləliklə, şirkətin idarəetmə strukturunda həm hüquqi təminat, həm də insan resurslarının idarə edilməsi istiqamətində kadr dəyişiklikləri qeydə alınıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər