Naxçıvanda istilik mərkəzlərinin modernizasiyasına 1.85 milyon manat ayrılıb.
Banker.az xəbər verir ki, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsi şəhər ərazisində istilik mərkəzlərinin modernizasiyası, yenidən qurulması və təmiri işlərinin satın alınması üzrə tender keçirib.
Tenderin qalibi “EL-Rado” MMC seçilib.
Qalib şirkətlə bağlanacaq müqavilənin məbləği 1 milyon 848 min manat təşkil edir.
Satınalma çərçivəsində müvafiq avadanlıq və mal-materialların alınması, həmçinin onların quraşdırılması işlərinin həyata keçirilməsi nəzərdə tutulur.







