“Geoengineering” ASC-nin 2026-cı ilin ilk yarımilliyində xalis mənfəəti 328 min 134 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 484 min 251 manat olmuşdu. Şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2% geriləyib.
Banker.az bu barədə ASC-nin 2026-cı ilin ilk yarısına (01.01.2026 – 30.06.2026) dair maliyyə hesabatına istinadən xəbər verir.
Cari ilin ilk 6 ayında şirkətin satış gəlirləri 1,3% azalaraq 4 milyon 365 min manata düşüb (2025-ci ilin müvafiq dövründə: 4 milyon 421 min manat).
Hesabat dövründə “Geoengineering” ASC-nin cəmi aktivləri 20 milyon 874 min manatdan 20 milyon 20 milyon 13 min manata düşüb.
Xatırladaq ki, cəmiyyət Azərbaycanda və Xəzər dənizi regionunda mühəndis-geologiya tədqiqatları, dağ-mədən qazma və dəniz işləri sektorunda fəaliyyət göstərir.







